Abubakarın dublu yetmədi – “Neftçi” qələbəni əldən verdi

İdman

28.02.2026 17:19

Futbol üzrə Azərbaycan çempionatında XXII tur davam edir. 

TodayPress TV xəbər verir ki, ikinci oyun günündə əvvəlcə “Şamaxı” öz meydanında “Neftçi”ni qəbul edib. 

Şamaxı qarşılaşması 2:2 hesablı heç-heçə ilə başa çatıb. Gərgin və maraqlı mübarizə şəraitində keçən oyunda hesab ikinci hissədə açılıb. 60-cı dəqiqədə Vensan Abubakar “Neftçi”ni hesabda irəli çıxarıb - 0:1. 75-ci dəqiqədə isə Sezar Enrike “Şamaxı”nın bərabərlik qoluna imza atıb - 1:1.

Matçın son dəqiqələri daha dramatik keçib. 90+1-ci dəqiqədə Vensan Abubakar oyunda dubl edərək yenidən “Neftçi”ni hesabda önə keçirib - 1:2. Qarşılaşmanın yekun nəticəsini isə 90+8-ci dəqiqədə Karim Rossi penalti zərbəsini dəqiq yerinə yetirərək müəyyən edib - 2:2.

Xatırladaq ki, bu komandalar arasında ilk dövrədə baş tutan qarşılaşmada da qalib məlum olmamışdı - 1:1. 

Namiq HUN

TodayPress TV

tag: Neftçi,Azərbaycan ,Futbol ,Şamaxı ,Todaypress.tv,