ABŞ hokkeyçilərinə möhtəşəm qarşılama hazırlanır!

İdman

23.02.2026 16:01

ABŞ Prezidenti Donald Tramp XXV Qış Olimpiya Oyunlarında qızıl medal qazanan ABŞ hokkey millisinin üzvlərini təbrik edib və onları rəsmi mərasimə dəvət edib.

TodayPress TV xəbər verir ki, Amerika yığması finalda Kanadanı 2:1 hesabı ilə (overtaymda) məğlub edərək 1980-ci ildən sonra ilk dəfə Olimpiya çempionu olub. 

Tramp oyunçularla paltardəyişmə otağında videobağlantı vasitəsilə əlaqə saxlayıb və onları fevralın 24-də ölkə qarşısında çıxış etməyə çağırıb.

Prezident zarafatla bildirib ki, istəsələr, onları gətirmək üçün hərbi təyyarə də göndərə bilər:

“Fevralın 24-də ölkədə vəziyyətlə bağlı müraciətimiz olacaq. İstəsəniz, hərbi təyyarə göndərə bilərəm. Bu, ilin ən vacib çıxışıdır. Sizi buraya gətirərik. Qadın komandasını da dəvət etməliyəm, yoxsa impiçment edərlər”, – deyə Tramp bildirib.

Qeyd edək ki, ABŞ qadın hokkey millisi də 2026-cı il Qış Olimpiya Oyunlarında qızıl medal qazanıb.

Namiq HUN

TodayPress TV

tag: ABŞ,Tramp,Hokkey,Komanda,Rəsmi qarşılama,Todaypress.tv,