A Seriyasında biabırçı göstərici: Tedesko “Bolonya”dan belə qovuldu

A Seriyasında biabırçı göstərici: Tedesko “Bolonya”dan belə qovuldu
17.09.2026 10:59 İdman

Almaniyalı və italiyalı mütəxəssis Domeniko Tedesko “Bolonya”nın baş məşqçisi postundan vaxtından əvvəl istefaya göndərilməsinə münasibət bildirib.

TodayPress TV xəbər verir ki, o, bu barədə “Football Italia” nəşrinə açıqlama verib. 

“Klubla aramızda müzakirə olunanlar aramızda da qalacaq. Deyə bilərəm ki, şəhərdə məni çox gözəl qarşıladılar. Bu səmimiyyətə və istiqanlılığa hər hansı şəkildə cavab vermək istəyirdim. Çox təəssüflənirəm, çünki bu insanlar daha çoxuna layiqdirlər. Amma təəssüf ki, stadiona cəmi iki dəfə ayaq basa bildim. Oradakı və ümumiyyətlə şəhərdəki atmosfer möhtəşəm idi. Məni belə qarşılayan hər kəsə minnatdarlığımı bildirirəm”, – deyə Tedesko qeyd edib.

Qeyd edək ki, İtaliya A Seriyasında keçirdiyi dörd matçdan sonra cəmi bir xal toplayan “Bolonya” turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
17 SENTYABR 2026
Bütün Xəbərlər