A qrupunda ilk sensasiyalardan biri: Koreya qalib gəldi
Futbol üzrə dünya çempionatının A qrupunda keçirilən Cənubi Koreya – Çexiya matçı başa çatıb.
TodayPress TV xəbər verir ki, “Estadio Qvadalaxara” qarşılaşmasında Cənubi Koreya millisi 2:1 hesablı qələbə qazanıb.
Oyunda hesabı 59-cu dəqiqədə Ladislav Kreyçi açıb. Lakin çexiyalılar üstünlüyü qoruya bilməyiblər. Cənubi Koreya yığmasının heyətində Hvan İn Bom 67-ci dəqiqədə hesabda tarazlığı bərpa edib. Qarşılaşmanın taleyini isə 80-ci dəqiqədə O İn Qyun həll edib – 2:1.
Qeyd edək ki, qrupun digər oyununda Meksika millisi Cənubi Afrika Respublikası komandasını 2:0 hesabı ilə məğlub edib.
Namiq HUN