“99% inam” – “Barselona” möcüzəyə hazırlaşır

İdman

03.03.2026 12:30

Bu gün, 3 mart tarixində 2025/2026 mövsümü üzrə İspaniya Kubokunun yarımfinal mərhələsinin cavab oyununda “Barselona” ilə “Atletiko Madrid” üz-üzə gələcək. 

4:0-dan sonra böyük savaş – gecə kubok həyəcanı!


Bu komandalar arasında İspaniya Kubokunun yarımfinal mərhələsinin ilk görüşü gözlənilmədən Madrid klubunun 4:0 hesablı qələbəsi ilə başa çatıb. 

Yeni 6:1 olacaq? “Camp Nou” möcüzə gözləyir!

Lakin katalonların möhtəşəm kambek təcrübəsi var. 8 mart 2017-ci ildə PSJ üzərində 6:1 hesablı qələbə hələ də yaddaşlardadır.


Simeoneyə qarşı hücum planı: erkən qol hər şeyi dəyişə bilər

Hazırda Hans-Diter Flikin komandası ilhamlı günündə istənilən rəqibi çətin vəziyyətə sala bilər. Bununla belə, müdafiədə sabitlik problemi qalır. Dieqo Simeonenin komandası isə əks-hücumlarda çox təhlükəlidir.

“Barsa” erkən qol vuraraq təzyiq yaratmağa çalışmalıdır. Əks halda, açıq futbol “Atletiko” üçün əlavə imkanlar yarada bilər.


“Camp Nou” yeni dram gözləyir – son 5 oyun nə deyir?

Komandaların son beş rəsmi oyunda qarşılıqlı nəticələri:

12 fevral 2026 - İspaniya Kuboku, yarımfinal, ilk oyun

“Atletiko” – “Barselona” 4:0

2 dekabr 2025 - La Liqa, XIX tur

“Barselona” – “Atletiko” 3:1

2 aprel 2025 – İspaniya Kuboku, yarımfinal, cavab oyunu

“Atletiko” – “Barselona” 0:1

16 mart 2025 – La Liqa, XXVIII tur

“Atletiko” – “Barselona” 2:4

25 fevral 2025 – İspaniya Kuboku, yarımfinal, ilk oyun

“Barselona” – “Atletiko” 4:4

“Barselona” klubunun cinah oyunçusu Rafinya İspaniya Kubokunun yarımfinal mərhələsində “Atletiko Madrid” ilə cavab oyunu ərəfəsində azarkeşlərə müraciət edib.


Braziliyalı futbolçu sosial şəbəkə hesabında belə yazıb:

“1% ehtimal – 99% inam. Biz sizə güvənirik.”

Qeyd edək ki, bugünkü görüşdə “Barselona”nın hücumçusu Robert Levandovski zədə səbəbindən komandaya kömək edə bilməyəcək.

Xatırladaq ki, “Barselona” İspaniya Kubokunun son qalibidir. Kataloniya təmsilçisi 26 aprel 2025-ci ildə keçirilən finalda “Real Madrid” klubunu əlavə vaxtda 3:2 hesabı ilə məğlub edərək titulu qazanmışdı.


Namiq HUN

tag: Barselona,Atletiko Madrid,İspaniya,Kubok,Todaypress.tv,