875 milyon avroluq komanda mundialı televizordan izləyəcək!

875 milyon avroluq komanda mundialı televizordan izləyəcək!
11.06.2026 11:57 İdman

Transfermarkt portalı 2026-cı il dünya çempionatında iştirak etməyəcək ən bahalı futbolçulardan ibarət simvolik heyəti təqdim edib.

TodayPress TV xəbər verir ki, milli komandalarının mundiala vəsiqə qazana bilməməsi, zədələr və ya məşqçi qərarları səbəbindən turnirdən kənarda qalan futbolçuların yer aldığı komandanın ümumi bazar dəyəri 875 milyon avro təşkil edir.

Siyahıda ən çox təmsil olunan ölkə Italiya olub. “Skuadra Adzurra”nın  dünya çempionatına vəsiqə qazana bilməməsi səbəbindən dörd müdafiə xətti oyunçusu və qapıçısı bu heyətdə yer alıb.

DÇ-2026-nı buraxacaq futbolçular arasında ən yüksək bazar dəyərinə malik oyunçu Xviça Kvaratsxeliya hesab olunur. Gürcüstanlı vingerin transfer dəyəri 140 milyon avro olaraq qiymətləndirilib.

Siyahıda həmçinin Koul Palmer və Fermin Lopes də yer alıb. Hər iki futbolçunun bazar dəyəri 100 milyon avrodur.

Simvolik heyət

Qapıçı:

Canluici Donnarumma – 45 milyon avro 

Müdafiəçilər:

Federiko Dimarko – 50 milyon avro 

Rikkardo Kalafyori – 55 milyon avro 

Alessandro Bastoni – 65 milyon avro 

Yurrien Timber – 70 milyon avro 

Yarımmüdafiəçilər:

Dominik Soboslai – 100 milyon avro 

Fermin Lopes – 100 milyon avro 

Koul Palmer – 100 milyon avro 

Xviça Kvaratsxeliya – 140 milyon avro 

Hücumçular:

Benyamin Şeşko – 75 milyon avro 

Viktor Osimhen – 75 milyon avro

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
11 IYUN 2026
Bütün Xəbərlər