8 titul qazanan gənc ulduz PSJ-dən ayrıldı!
PSJ klubu 18 yaşlı hücumçusu İbrahim Mbayenin “Aston Villa” klubuna transfer olunduğunu açıqlayıb.
TodayPress TV xəbər verir ki, Paris təmsilçisi futbolçuya gələcək karyerasında uğurlar arzulayıb.
“İbrahim Mbaye 10 yaşında qoşulduğu, akademiyanın bütün pillələrini keçdiyi, əsas komandada özünü təsdiqlədiyi və 8 titul qazandığı klubu tərk edir. 18 yaşlı hücumçu “Aston Villa”nın futbolçusu olur. PSJ İbrahimin inkişafı ilə fəxr edir, ona təşəkkür edir və karyerasında uğurlar arzulayır”, – deyə klubun sosial şəbəkədə yaydığı açıqlamada bildirilib.
Mbaye 2018-ci ildə PSJ-nin akademiyasına qoşulub. O, 2024-cü ildə 16 yaşında klubun əsas komandasında debüt edib.
Ümumilikdə Fransa klubunun heyətində 42 matça çıxan hücumçu 4 qol vurub və 4 məhsuldar ötürmə edib.
Namiq HUN