Azərbaycanın basketbol yığması Dünya Kubokunda 1/4 finala yüksəldi

Azərbaycanın basketbol yığması Dünya Kubokunda 1/4 finala yüksəldi
05.06.2026 23:25 İdman

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı Varşavada təşkil olunan Dünya Kubokunda 1/4 finala vəsiqə qazanıb.

TodayPress TV xəbər verir ki, Ratomir Deliçin baş məşqçisi olduğu kollektiv pley-in mərhələsində Litva ilə üz-üzə gəlib.

Əlavə vaxta gedən oyunda Azərbaycan komandası 14:12 hesablı qələbə qazanıb. Yığma sabah 1/4 finalda Almaniya ilə qarşılaşacaq.

Qeyd edək ki, Dünya Kubokunda mübarizəyə A qrupunda başlayan Azərbaycan millisi Madaqaskar (21:13), Çexiya (14:11) və Polşanı (20:13) məğlub edib, Niderlanda isə uduzub - 13:19.

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər