12 yaşlı şahmatçı Əminə Cabarlı uğurları ilə diqqət çəkir
Şahmat yarışlarında iştirak edən 12 yaşlı Əminə Cabarlı qazandığı nəticələrlə diqqət çəkir.
TodayPress TV xəbər verir ki, Səbail rayonunda yerləşən 132-134 saylı liseyin 7-ci sinif şagirdi olan Əminə cari ilin may ayında keçirilən şahmat turnirində 9 oyundan 8 xal toplayaraq 3-cü level üzrə birinci yeri tutub.
Gənc şahmatçı Avstriyada təşkil olunan beynəlxalq şahmat yarışlarında da iştirak edərək təcrübə qazanıb.
Hazırda o, “Bahruz Chess Club” tərəfindən təşkil edilən növbəti şahmat yarışında mübarizəsini davam etdirir.