1000-dən çox NBA oyunu keçirən Millz İspaniya klubuna qoşuldu
İdman
09.03.2026 15:15
ABŞ Milli Basketbol Assosiasiyasının (NBA) çempionu Patrik Millz İspaniya klubuna transfer olunub.
TodayPress TV xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
O, “Tenerife” klubu ilə müqavilə imzalayıb.
37 yaşlı avstraliyalı basketbolçunun yeni klubu ilə müqaviləsi 2025/2026 mövsümünün sonunadək qüvvədə olacaq.
Təcrübəli pleymeyker 2009-cu ildə NBA draftında “Portlend Treyl Bleyzers” klubu tərəfindən 55-ci nömrə altında seçilərək liqaya qoşulub. O, karyerası ərzində 1000-dən çox NBA oyununda iştirak edib.
Millz NBA-də “San-Antonio Spörz”, “Bruklin Nets”, “Atlanta Houks”, “Mayami Hit”, “Yuta Caz” və “Los-Anceles Klippers” komandalarında da çıxış edib.
Patrik, 2014-cü ildə “San-Antonio Spörz” ilə NBA çempionu olub. Həmin dövrdə Millz orta hesabla 10,2 xal toplayıb və üç xallıq atışlarda 42% dəqiqlik göstərib.
Namiq HUN
tag: Patrik Millz,NBA,Klub,Transfer,Todaypress.tv,
