10 seyv, böyük performans - Koxalski Avropanın ən yaxşıları sırasında!
“Qarabağ” klubunun qapıçısı Mateuş Koxalski UEFA Çempionlar Liqasında göstərdiyi inamlı performansla diqqət mərkəzinə düşüb.
TodayPress TV QOL.az-a istinadən xəbər verir ki, polşalı qolkiper turnirin Liqa və pley-off mərhələsi oyunları daxil olmaqla ümumilikdə 40 seyvə imza atıb.
25 yaşlı qapıçı xüsusilə “Qarabağ” – “Nyukasl” görüşündə (1:6) etdiyi 10 qurtarışla fərqlənib.
Bu göstərici ilə Mateuş Koxalski Çempionlar Liqasının ən çox seyv edən qapıçıları siyahısında üçüncü pilləyə yüksəlib. Azərbaycan çempionunun qolkiperini “Bodo/Qlimt”dən Nikita Haykin (52 seyv) və “Real Madrid”dən Tibo Kurtua (44 seyv) üstələyir.
Namiq HUN