Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi

Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi
05.11.2026 09:28 Hərbi

Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəis müavini, polkovnik Füzuli İmrəliyevin rütbəsi artırılıb.

TodayPress TV Unikal-a istinadla xəbər verir ki, F.İmrəliyevə general-mayor rütbəsi verilib.

Qeyd edək ki, o, Vətən müharibəsi zamanı Daxili Qoşunların “Kobra” Xüsusi Təyinatlı Dəstəsinin komandiri olub. Hadrut və Şuşa istiqamətlərində gedən döyüşlərdə iştirak edən F.İmrəliyev Daşaltı əməliyyatı zamanı yaralanıb.

Füzuli İmrəliyev 2020-ci il dekabrın 9-da Prezident İlham Əliyevin sərəncamı ilə “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adına layiq görülüb.

TodayPress TV 

XƏBƏR LENTİ
05 NOYABR 2026
Bütün Xəbərlər