Müctəba: Amerika rəzil olub, hakimiyyət dəyişsə, nə fayda ?
ABŞ-də aralıq seçkilərin nəticələri Vaşinqtonun xarici siyasətinə mümkün təsiri ilə gündəmdə olduğu bir vaxtda Tehrandan sərt mesaj gəlib.
TodayPress TV “Clash Report” “X” kanalına istinadən xəbər verir ki,İranın ali lideri Müctəba Xamenei bildirib ki, ABŞ-də keçirilən aralıq seçkilərin nəticələri Vaşinqtonun İrana qarşı düşmən münasibətini dəyişməyəcək. O, Amerikanın yenidən təcavüzkar addımlar atacağı təqdirdə daha genişmiqyaslı cavabla üzləşəcəyini xəbərdar edib.
Seçkilərə münasibət bildirən Xamenei qeyd edib ki, ABŞ-də hakim partiyanın dəyişməsinin ölkənin davranışına təsir edəcəyinə və ya güzəştlərin Vaşinqtonu düşmən mövqeyindən çəkindirəcəyinə ümid edənlər ciddi yanılırlar.
O əlavə edib ki, Körfəzdə, xüsusilə Hörmüz boğazında baş verən hadisələr Amerikanın məğlubedilməzliyi mifini dağıdıb və öz xalqına deyil, xarici güclərə arxalanan hökumətlərin zəifliyini üzə çıxarıb.
Zəhra Məmmədova