İran Kiyevi bombalayacağını elan etdi -VİDEO
İran ABŞ-ın yeni hücumlarına cavab olaraq Ukraynanın üç böyük şəhərini vurmaqla hədələyib.
TodayPress TV xəbər verir ki, İranın dövlət televiziyasının IRINN kanalında yayımlanan açıqlamada ABŞ-ın İrana qarşı yeni hərbi əməliyyata başlayacağı təqdirdə Tehranın Ukraynanın paytaxtı Kiyev, Lvov və Odessa şəhərlərinə genişmiqyaslı zərbələr endirə biləcəyi bildirilib.
Təhdidin məhz bu üç şəhəri əhatə etməsi diqqət çəkib. Belə bir ssenarinin reallaşması Ukraynanın mülki əhalisini ABŞ-İran qarşıdurmasının birbaşa hədəfinə çevirə bilər.
Bununla belə, yayımlanan bəyanatın İran hökumətinin rəsmi mövqeyi, yoxsa dövlət televiziyasında səsləndirilən siyasi ritorika olduğu hələlik dəqiqləşməyib.
Jalə Rövşən