Karapetyan həbs edildi

Karapetyan həbs edildi
05.11.2026 11:06 Dünya

“Güclü Ermənistan” partiyasının rəhbəri Samvel Karapetyan 1 ay müddətinə həbs edilib.

TodayPress TV xəbər verir ki bu barədə Ermənistan mediası məlumat yayıb.

İrəvanda gecə boyu davam edən məhkəmə prosesinin yekununda S.Karapetyan və daha 35 nəfər barəsində həbs qətimkan tədbiri seçilib.

Ermənistan İstintaq Komitəsinin müstəntiqləri dünən Karapetyanın və parlamentdəki “Güclü Ermənistan” fraksiyasının rəhbəri Narek Karapetyanın mənzillərində axtarış aparıblar.

Qurumdan bildirilib ki, Ermənistan İstintaq Komitəsinin iqtisadi cinayətlərin və qaçaqmalçılığın araşdırılması üzrə Baş İdarəsində istintaqı aparılan cinayət işi çərçivəsində 65 ünvanda eyni vaxtda axtarışlar həyata keçirilib.

Şübhəlilər “özəl sektorda vəzifə səlahiyyətlərindən və ya həmin səlahiyyətlərlə əlaqədar təsirdən sui-istifadə”, “külli miqdarda əmlakın mənimsənilməsi” və “külli miqdarda çirkli pul vəsaitlərinin yuyulması” ittiham olunurlar.

Zəhra Məmmədova

XƏBƏR LENTİ
05 NOYABR 2026
Bütün Xəbərlər