Qətərdə məscidlərdə YAĞIŞ duası oxundu
Qətərdə ölkə daxilindəki məscidlərdə yağış üçün kollektiv dualar oxunub.
TodayPress TV xarici KİV-ə istinadən xəbər verir ki, Qətər Əmiri Şeyx Təmim bin Həməd Əl Sani də ölkə əhalisini quraqlıq dövrlərində yağış yağması üçün dua etməyə çağırıb.
Ölkə miqyasında gerçəkləşdiriləcək yağış duaları yerli vaxtla saat 05:59-da məscidlərdə oxunub.
Müsəlmanlar bu ibadətdə iştirak etməyə, tövbə etməyə və ehtiyacı olanlara sədəqə verməyə dəvət olunublar.
Zəhra Məmmədova