Tramp İsraildən “boşana” bilmir - Təl-Əviv Vaşinqtonu belə tələyə saldı

Tramp İsraildən “boşana” bilmir - Təl-Əviv Vaşinqtonu belə tələyə saldı
05.11.2026 09:52 Dünya

İsrail ABŞ-ın maliyyələşdirmə çərçivəsində üzərinə götürdüyü öhdəliklərdən əlavə, milyardlarla dollar dəyərində Amerika hərbi texnikası sifariş edib.

TodayPress TV xəbər verir ki,  “The Wall Street Journal” nəşri bu barədə məlumat yayıb.

Nəşrin məlumatına görə, İsrailin aprelin 1-nə olan məlumata əsasən, ABŞ-dan sifariş etdiyi, lakin ödənişi hələ qarşılanmamış hərbi texnikanın dəyəri təxminən 10 milyard dollardır. Bu məbləğ 2028-ci ilədək nəzərdə tutulan hərbi yardımdan əlavədir.

ABŞ Dövlət Departamentinin Konqresə təqdim etdiyi sənədə əsaslanan məlumatda bildirilir ki, mövcud sifarişlərin ödənilməsi üçün ya Vaşinqtonun maliyyə dəstəyi davam etməli, ya da İsrail xərcləri öz büdcəsindən qarşılamalıdır.

Bu vəziyyət ABŞ-ın İsrailə hərbi yardımını dayandırmaq planını ciddi şəkildə çətinləşdirir. 

Jalə Rövşən 


XƏBƏR LENTİ
05 NOYABR 2026
Bütün Xəbərlər