Bakı-Ağstafa qataına əlavə reyslər təyin edildi

Bakı-Ağstafa qataına əlavə reyslər təyin edildi
05.11.2026 10:36 Sosial

Azərbaycan Dəmir Yolları QSC (ADY) Bakı–Ağstafa–Bakı marşrutuna yüksək sərnişin tələbatının qarşılanması üçün noyabrın 14-dən 30-dək həftəsonlarında əlavə qatar reysləri həyata keçirəcək.

Bu barədə TodayPress TV ADY-dən bildirilib.

Məlumata əsasən, qatar şənbə günləri Bakıdan, bazar günləri isə Ağstafadan yola düşəcək. Eyni zamanda, bu istiqamətlərə Bakı–Qazax–Bakı marşrutu üzrə ənənəvi qrafiklə gündəlik səfərlər təşkil olunur.

"Biletləri ADY-nin rəsmi saytı, "ADY Mobile" tətbiqi və ya dəmiryol kassalarından əldə edə bilərsiniz", - məlumatda qeyd olunub.

TodayPress TV

XƏBƏR LENTİ
05 NOYABR 2026
Bütün Xəbərlər