Müdafiə Nazirliyi PUA uçuşları ilə bağlı məlumat yaydı

Hərbi

23.03.2026 15:57

2026-cı ilin hazırlıq planına uyğun olaraq martın 23-ü saat 16:00 radələrində Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatlarının (PUA) Bakı şəhəri və Abşeron rayonu istiqamətlərində təlim-məşq uçuşları həyata keçiriləcək.

Bu barədə TodayPress TV-yə Müdafiə Nazirliyindən məlumat verilib.

Səmada müşahidə ediləcək PUA aktivliyi ilə bağlı əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq.

tag: PUA,Müdafiə Nazirliyi, Hərbi Hava Qüvvələri,2026,Todaypress.tv,