Elçin Quliyev şəhid ailələrini ziyarət etdi

Hərbi

19.03.2026 13:01

Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev, eləcə də qurumun digər rəhbər heyəti Novruz bayramı və Ramazan bayramı ərəfəsində Vətən müharibəsi, həmçinin 2022-ci il sentyabrın 12-13-də Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısının alınması zamanı şəhid olan şəxslərin ailələrini ziyarət edib.

Bu barədə TodayPress TV-yə DSX-dən məlumat verilib.

Bildirilib ki, görüşlərdə şəhid ailələrinin və müharibə əlillərinin sosial təminatının dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğu, torpaqların azadlığı, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpası uğrunda canından keçən şəhid sərhədçilərin əziz xatirəsinin hər zaman yaşadığı qeyd olunub, onların döyüş yolu haqqında geniş məlumat verilib.

TodayPress TV

tag: DSX,Elçin Quliyev,Novruz,Ramazan ,Todaypress.tv,

photo
photo
photo
photo
photo
photo
photo
photo
photo