Döyüş təyyarələri tapşırıqları yerinə yetirdi - VİDEO

Döyüş təyyarələri tapşırıqları yerinə yetirdi - VİDEO
15.04.2026 16:00 Hərbi

Qardaş Türkiyə Respublikasının Konya şəhərində keçirilən “Anadolu Ankası – 2026” (“Anatolian Phoenix – 2026”) beynəlxalq axtarış-xilasetmə təlimində növbəti mərhələnin tapşırıqları uğurla yerinə yetirilib.

Müdafiə Nazirliyindən TodayPress TV-yə verilən xəbərə görə, təlimdə SU-25 və F-16 təyyarələri, eləcə də T-70 helikopterləri ilə şərti düşmən ərazisində qəzaya uğramış hava gəmisinin ekipaj üzvlərinin axtarışı və xilas edilməsi məqsədilə havada üstünlüyün əldə olunması, eləcə də hava dəstəyinin təmin edilməsi üzrə taktiki tapşırıqlar icra edilib.

Əməliyyat zamanı hava dəstəyi yüksək koordinasiya ilə həyata keçirilib, təlim bölgəsində risklərin minimuma endirilməsi və xilasetmə fəaliyyətlərinin effektivliyinin artırılması təmin olunub. Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) pilotları verilmiş tapşırıqları peşəkarlıqla yerinə yetirərək təlimin məqsədlərinə nail olunmasında əhəmiyyətli nəticələr göstəriblər.

Qeyd edilib ki, beynəlxalq axtarış-xilasetmə təlimində ölkəmizi HHQ-nin pilotları, paraşüt-desant və axtarış-xilasetmə xidmətinin mütəxəssisləri, aviayönləndiricilər, həmçinin texniki heyət və aviasiya vasitələri təmsil edir.

TodayPress TV

FOTOLAR

Döyüş təyyarələri tapşırıqları yerinə yetirdi - VİDEO — 1
Döyüş təyyarələri tapşırıqları yerinə yetirdi - VİDEO — 2
Döyüş təyyarələri tapşırıqları yerinə yetirdi - VİDEO — 3
Döyüş təyyarələri tapşırıqları yerinə yetirdi - VİDEO — 4
Döyüş təyyarələri tapşırıqları yerinə yetirdi - VİDEO — 5
Döyüş təyyarələri tapşırıqları yerinə yetirdi - VİDEO — 6
Döyüş təyyarələri tapşırıqları yerinə yetirdi - VİDEO — 7
Döyüş təyyarələri tapşırıqları yerinə yetirdi - VİDEO — 8
Döyüş təyyarələri tapşırıqları yerinə yetirdi - VİDEO — 9
XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər