Yağışlı hava ilə bağlı polis əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparır

Yağışlı hava ilə bağlı polis əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparır
08.09.2026 18:00 Hadisə

Bakı şəhəri və respublikanın digər bölgələrində polis əməkdaşları yağışlı hava şəraiti ilə əlaqədar olaraq gücləndirilmiş iş rejimində xidmət aparırlar.

Bu barədə TodayPress TV-yə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, intensiv yağıntılarla əlaqədar vətəndaşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə xidmətə əlavə polis naryadları cəlb olunub.

Küçə və prospektlərdə nəqliyyatın hərəkəti Yol Patrul Xidməti əməkdaşları tərəfindən tənzimlənir. Vətəndaşlara zəruri köməklik göstərilir, onların mənzil başına təhlükəsiz şəkildə çatmaları təmin olunur.

TodayPress TV

XƏBƏR LENTİ
08 SENTYABR 2026
Bütün Xəbərlər