Xaçmaz sakinindən 11 kiloqram marixuana aşkarlandı

Xaçmaz sakinindən 11 kiloqram marixuana aşkarlandı
03.10.2025 12:53 Hadisə

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı əvvəllər məhkum olunmuş 59 yaşlı Nurməhəmməd Məmmədov saxlanılıb.

Bu barədə DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan TodayPress TV-yə bildirilib ki, onun üzərindən və gizlətdiyi yerdən ümumilikdə 11 kiloqram narkotik vasitə olan marixuana aşkar olunub.

Faktla bağlı cinayət işi başlanılıb, N.Məmmədovun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər