Ucarda yabanı halda bitən çətənə bitkiləri məhv edildi
Ucar Rayon Polis Şöbəsinin əməkdaşlarının “Xaş-xaş-2025” şərti adı altında həyata keçirdikləri kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər çərçivəsində rayonun Məlikballı kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.
Bu barədə TodayPress TV-yə DİN-dən məlumat verilib.
Ümumi çəkisi 500 kiloqramaya yaxın olan 511 ədəd çətənə bitkisi yandırılaraq məhv edilib.