Terroru maliyyələşdirməkdə təqsirləndirilən şəxslərə hökm oxundu

Terroru maliyyələşdirməkdə təqsirləndirilən şəxslərə hökm oxundu
25.11.2025 20:10 Hadisə

Terroru maliyyələşdirməkdə təqsirləndirilən Xəqani Ömərov 10 il 6 ay, Anar Salamzadə 11 il, Elçin Əzizov isə 10 il müddətə azadlıqdan məhrum ediliblər.

TodayPress TV-nin məlumatına görə, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Qeyd edək ki, adıçəkilən şəxslər Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar.

İttihama görə, təqsirləndirilən şəxslər terrorçuluğa dəstək məqsədilə xarici ölkədə fəaliyyət göstərən müəyyən şəxslərə maliyyə vəsaitləri köçürüblər.

Onlara qarşı Cinayət Məcəlləsinin 214-1-ci (terrorçuluğun maliyyələşdirilməsi) maddəsi ilə ittiham irəli sürülüb.

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər