TƏCİLİ! DİN əməliyyat keçirdi

TƏCİLİ! DİN əməliyyat keçirdi
26.01.2026 22:15 Hadisə

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçiriblər.

TodayPress TV xəbər verir ki, əməliyyatlar zamanı narkokuryerliklə məşğul olmaqda şübhəli bilinən 29 yaşlı Mirtərlan Əsgərzadə və 37 yaşlı qadın saxlanılıb.

Həmin şəxslərdən 16 kiloqramdan artıq tərkibinə psixotrop maddələr əlavə edilən marixuana, metamfetamin və tiryək aşkarlanıb. Saxlanılan şəxslər ifadələrimdə narkotikləri sosial şəbəkədə tanış olduqları İran vətəndaşları vasitəsilə əldə etdiklərini və paytaxt ərazisində ayrı-ayrı ünvanlara pul müqabilində çatdıracaqlarını bildiriblər.

Faktlarla bağlı cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər