Sumqayıtda silah-sursat aşkarlandı

Sumqayıtda silah-sursat aşkarlandı
18.11.2025 10:11 Hadisə

Sumqayıt şəhərində silah-sursat aşkar olunub.

TodayPress TV xəbər verir ki, "Kimyaçılar" yaşayış massivinin dənizkənarı hissəsində AKC-74 markalı, 5,45 çaplı avtomat silahı, ona məxsus bir ədəd daraq və 17 ədəd patron tapılıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Silah-sursatın mənşəyi və əraziyə hansı şəraitdə düşməsi istiqamətində tədbirlər davam etdirilir.

TodayPress TV

XƏBƏR LENTİ
21 IYUL 2026
Bütün Xəbərlər