Su anbarına yıxılan kişi xilas edildi

Su anbarına yıxılan kişi xilas edildi
26.10.2025 11:45 Hadisə

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar xəttinə Səbail rayonu, Badamdar şosesində vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

TodayPress TV xəbər verir ki, məlumat əsasında FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları hadisə yerinə cəlb olunublar.

Araşdırma zamanı 1960-cı il təvəllüdlü Məhəmməd Məmmədovun ehtiyat su anbarı kimi istifadə olunan 3,5 metr dərinlikdəki tikiliyə yıxıldığı müəyyən edilib.

Xilasedicilər alpinist avadanlıqlarının köməyi ilə onu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər