SON DƏQİQƏ! Naxçıvanda AZAL-la bağlı problem yarandı

Hadisə

30.01.2026 17:28

“Azərbaycan Hava Yolları”nın Bakı-Naxçıvan-Bakı marşrutu üzrə J2-2152  və J2-2154 reysi ilə bağlı onlayn bilet alan bir qrup sərnişin ciddi problemlə üzləşib.   

TodayPress TV-yə müraciət edən sərnişinlərdən birinin sözlərinə görə, uçuş əvvəlcə hava şəraiti ilə əlaqədar təxirə salınıb və sərnişinlərə SMS vasitəsilə reysin saat 15:10-da həyata keçiriləcəyi barədə məlumat verilib.   

Saat 15:10-dan sonra isə sərnişinlərə "e-mail" göndərilərək qeydiyyata yaxınlaşmağın mümkün olduğu bildirilib. Lakin qeydiyyat masasına yaxınlaşan zaman hava limanı əməkdaşları sərnişinlərin adlarının sistemdə görünmədiyini deyilib. AZAL-dan bildiriblər ki, ümumilikdə 97 sərnişin eyni problemlə üzləşib və həmin şəxslər sonradan digər reyslərə yönləndiriləcək.  

Şikayətçinin iddiasına görə, faktiki vəziyyət fərqli olub. Belə ki, saat 21:52-yə qədər olan digər reyslər normal şəkildə həyata keçirilib. AZAL və aeroport əməkdaşları məsuliyyəti bir-birinin üzərinə atıb, nəticədə isə nə uçuş təmin edilib, nə də aydın izahat verilib. 

Türkan İsgəndərli

TodayPress TV

tag: AZAL,Şikayət,Bilet,Sərnişin,Todaypress.tv,

photo