SON DƏQİQƏ: Bakıda 5 nəfər faciəvi şəkildə öldü

Hadisə

22.01.2026 10:19

Bakıda iki ünvanda dəm qazından zəhərlənmə hadisəsi olub.

TodayPress TV xəbər verir ki, 2001-ci il təvəllüdlü Əhmədzadə Əhmədəli Sahib oğlu yaşadığı Yasamal rayonu, Mirzə Cabbar Məmmədzadə küçəsində yerləşən evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Bundan başqa, 2006-cı il təvəllüdlü Rzayev Fərəc Nazim oğlu Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, bina 25 ünvanında hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

***

Bu gecə saaat 01 radələrində isə 2016-cı il təvəllüdlü Uğur Samid oğlu Vəlizadə yaşadığı Binəqədi rayonu E.Babayev küçəsindəki evin hamam otağında dəm qazından zəhərlənib. Yaxınları tərəfindən xəstəxanaya çatdırılan 10 yaşlı oğlan həyatını itirib.

Xəzər rayonunda isə 2 nəfər dəm qazının qurbanı olub. Buzovna qəsəbə sakini 2012-ci il təvəllüdlü Əli İsmayıl oğlu Nəsirov və Binə qəsəbə sakini 1993-cü il təvəllüdlü Bədəl Hüseynağa oğlu Əzimov yaşadıqları evin hamam otaqlarında dəm qazından zəhərlənərək ölüblər.

Hər bir faktla bağlı müvafiq araşdırmalar aparılır.

TodayPress TV

tag: Dəm Qazı, Hadisə, Ölüm, Araşdırma, Bakı, todaypress.tv,