ŞOK! Bakıda şagird müəllimini buna görə güllələyib - DETALLAR
Hadisə
06.02.2026 10:43
Bakıda yerləşən "İdrak" liseyində silahlı insidentin detalları məlum olub.
TodayPress TV xəbər verir ki, liseyin rəhbəri Mönsüm Alışov "Unikal"a açıqlamasında hadisə barədə danışıb:
"Şagird ov tüfəngini liseyə məktəb çantasında gətirib. Hadisə ehtiyatsızlıqdan baş verib".

***
Bakıda liseydə şagird müəllimini güllələyib.
TodayPress TV xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisində yerləşən "İdrak" liseyində baş verib.
Məlumata görə, 10-cu sinif şagirdi müəllimini odlu silahla güllələyib. Xəsarət yetirilən müəllim xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğunu bildirilir.
Hazırda hüquq-mühafizə orqanları hadisə yerinə cəlb olunub.
Qeyd edək ki, xəbəri ilk olaraq "unikal.az" saytı yayıb.
tag: Bakı,Lisey,Şagird,Müəllim,Todaypress.tv,
