Şəmkirdə kişi bıçaqlandı

Şəmkirdə kişi bıçaqlandı
17.11.2025 20:50 Hadisə

Şəmkir rayonunda bıçaqlanma hadisəsi baş verib.

TodayPress TV-nin məlumatına görə, insident Təzəkənd kəndində qeydə alınıb.

Kənd sakini, 56 yaşlı Əbülfəz Həsənov bıçaq xəsarəti ilə xəstəxanaya çatdırılıb. O, dərhal əməliyyat edilib və hazırda vəziyyətinin orta ağır olduğu bildirilir.

İlkin məlumata görə, Əbülfəz Həsənov həmkəndlisi, 51 yaşlı Əlövsət Həsənov tərəfindən aralarında yaranan mübahisə zamanı bıçaqlanıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər