Şəmkirdə FACİƏ: 21 yaşlı oğlan öldü
Şəmkirdə 21 yaşlı oğlan dəm qazından zəhərlənərək ölüb.
TodayPress TV xəbər verir ki, 2005-ci il təvəllüdlü, Təzəkənd kənd sakini Məmmədov Ruhlan Etibar oğlu yataq otağında quraşdırılmış qazla işləyən sobanın borusundan çıxan dəm qazından zəhərlənərək ölüb.
Şəmkir rayon prokurorluğunda faktla bağlı araşdırma aparılır.
(Report)