Şəkidə evdə partlayış oldu

Şəkidə evdə partlayış oldu
23.01.2026 10:39 Hadisə

Şəkidə evdə partlayış olub.

TodayPress TV xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Baş Zəyzid kəndində fərdi yaşayış evində partlayış baş verməsi barədə məlumat daxil olub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı vətəndaşa məxsus ümumi sahəsi 180kv.m. olan fərdi yaşayış evində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən olunub.

Partlayış nəticəsində evə ziyan dəyib, xəsarət alan olmayıb.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər