Şəkidə avtomobillər toqquşdu - Xəsarət alanlar var

Hadisə

02.05.2026 22:40

Şəkidə iki avtomobil toqquşub, iki nəfər xəsarət alıb.

TodayPress TV-nin məlumatına görə, bu gün saat 19 radələrində Şəki şəhəri ərazisində “Daewo” və “Hyundai” markalı avtomobillər toqquşub.

Nəticədə “Daewo”nun sürücüsü, 55 yaşlı Şamxal Əhmədov və “Hyundai”da olan sərnişin, 33 yaşlı Nərgiz Əbdülova xəsarət alaraq, Şəki rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər.

TodayPress TV

tag: Şəki, Avtomobil, Xəsarət, todaypress.tv,