Salyan sakini itkin düşdü

Salyan sakini itkin düşdü
24.11.2025 23:00 Hadisə

Salyan rayon sakini itkin düşüb.

TodayPress TV xəbər verir ki, Salyan rayon sakini, 1996-cı il təvəllüdlü İsmət Fikrət oğlu Məmmədzadə noyabrın 21-də yaşadığı evdən çıxıb, bir daha geri qayıtmayıb.

İ.Məmmədzadənin əlamətləri: boyu 172 sm, arıq bədən quruluşludur. Ruhi-əsəb xəstəliyindən əziyyət çəkir. Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102 Zəng Mərkəzi" Xidmətinə və ya Salyan Rayon Polis Şöbəsinə (055 390 87 87, 050 693 19 38) məlumat vermələri xahiş olunur.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər