Restoranda dörd əməkdaşı elektrik cərəyanı vuraraq öldürdü
Bakıda restoranda dörd nəfəri elektrik cərəyanı vuraraq öldürüb.
TodayPress TV xəbər verir ki, hadisə Binəqədi rayonunda yerləşən bir restoranda baş verib.
Hazırda hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Müvafiq ekspertizalar təyin edilib, araşdırma aparılır.
Qeyd edək ki, hadisə barədə ilk olaraq "qafqazinfo" saytı məlumat yayıb.