Rəşad Dağlı əməliyyat olundu

Rəşad Dağlı əməliyyat olundu
27.10.2025 20:30 Hadisə

Həbsdə olan meyxanaçı Rəşad Dağlı əməliyyat olunub. 

TodayPress TV xəbər verir ki, bu barədə “Qafqazinfo” məlumat yayıb.

Bildirilib ki, əməliyyat tibb məntəqəsində həyata keçirilib. 

Meyxanaçının səhhətində yaranan müəyyən problem səbəbindən ona tibbi cərrahi müdaxilə edildiyi bildirilir. 

Məsələ ilə bağlı Rəşad Dağlının vəkili Elvin Əliyevlə əlaqə saxladıq. Vəkilin sözlərinə görə, Rəşad Dağlı tibbi müayinə olunub və onun əsasında kiçik bir cərrahi prosedur icra edilib:

“Hazırda səhhəti yaxşıdır, narahat olmağa əsas yoxdur”.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər