Qəbələdə mağaza və çayxana yandı

Qəbələdə mağaza və çayxana yandı
25.01.2026 09:56 Hadisə

Qəbələdə mağaza və ona bitişik çayxana yanıb

TodayPress TV-nin məlumatına görə  yanğın hadisəsi səhər saatlarında Qəbələ rayonunun Mıxlıqovaq kəndində baş verib.

Yanğın yerinə Qəbələ Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri və canlı qüvvəsi cəlb olunub. Hadisə zamanı Mikayılov Valeh Əlipənah oğluna məxsus, ümumi sahəsi 120 kvadratmetr olan mağaza və ona bitişik çayxana tamamilə yanıb.

Yanğının başvermə səbəbləri hazırda araşdırılır.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər