Futbol tarixinin rekord davalarından biri: 51 futbolçu meydandan qovuldu - VİDEO
Braziliyada keçirilən futbol matçı kütləvi dava ilə yadda qalıb.
TodayPress TV xəbər verir ki, qarşılaşma zamanı futbolçular arasında baş verən qarşıdurma meydanda xaosa səbəb olub. Hadisədən sonra hakim rekord sayda – 51 qırmızı vərəqə göstərib.
Bu hadisə futbol tarixində ən çox qırmızı vərəqə verilən oyunlardan biri kimi diqqət çəkib.
Kübra Musayeva