Piyadaya yol verməyən sürücü saxlanıldı -VİDEO

Piyadaya yol verməyən sürücü saxlanıldı -VİDEO
26.01.2026 11:35 Hadisə

Piyadaya yol verməyən sürücü saxlanıldı.

Bu barədə TodayPress TV-yə DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, qanunvericiliyin tələbinə əsasən yol ayrıcında sağa və ya sola dönən sürücü dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadalara, habelə bu hərəkət hissəsini velosiped yolu ilə keçməkdə olan velosipedçilərə yol verməlidir.

Tədbir zamanı yol ayrıcında bu tələbi pozaraq piyadaya yol verməyən sürücü saxlanılıb, onunla profilaktik söhbət aparılaraq qanunvericiliyin tələbi izah olunub.

"Yollarda təhlükəsiz hərəkət hər birimizin fərdi məsuliyyətidir",- DİN-dən bildirilib.

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər