Paytaxtda qanunsuz silah -sursat aşkarlandı
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
TodayPress TV xəbər verir ki, bu barədə Daxili İşər Nazirliyi (DİN) məlumat verib.
Bildirilib ki, yanvarın 24-də və 25-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 9 avtomat silahı, 62 tüfəng, 7 patron darağı və 697 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.