Ötən il motosiklet və moped sürücülərinin iştirakı ilə 43 qəza olub

Ötən il motosiklet və moped sürücülərinin iştirakı ilə 43 qəza olub
23.01.2026 10:55 Hadisə

Ötən il respublika yollarında motosiklet və moped sürücülərinin təqsiri ucbatından ölüm və xəsarətlə nəticələnən 43 yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Bu barədə TodayPress TV-yə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, həmin hadisələr nəticəsində 12 nəfər həyatını itirib, 36 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq yaralanıb.

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər