Naxçıvanda avtomobil məktəblini vurdu

Naxçıvanda avtomobil məktəblini vurdu
28.10.2025 22:00 Hadisə

Naxçıvan şəhərində məktəblinin avtomobil tərəfindən vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

TodayPress TV-nin məlumatına görə, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.

Bildirilib ki, 74-BA-017 dövlət nömrə nişanlı “VAZ-2107” markalı avtomobil piyada zolağında hərəkətdə olan Kəngərli rayonunun Xok kənd sakini, 2010-cu il təvəllüdlü Həsənli Aydan Elşən qızını vurub.

Xəsarət alan 15 yaşlı qız Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

TodayPress TV

XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər