Mobil telefon oğruları saxlanıldı

Mobil telefon oğruları saxlanıldı
16.05.2025 12:49 Hadisə

Paytaxtın Nəsimi rayonunda müxtəlif şəxslərə məxsus mobil telefonlar oğurlanıb. Nəsimi RPİ 19-cu Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 39 yaşlı R.Şahsuvarov, 31 yaşlı Ü.Abbaslı və bir qadın saxlanılıblar.

Bu barədə TodayPress TV-yə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Binəqədi rayonunda avtoyuma məntəqələrinin birindən isə 300 manat pul və mobil telefon oğurlayan 28 yaşlı H.Hüseynzadə saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər