Mingəçevirdə qadın piyadaları maşın vurdu - Biri öldü
Mingəçevirdə iki qadın piyadanı maşın vurub, biri ölüb.
TodayPress TV məlumatına görə, hadisə axşam saatlarında Təbriz küçəsində baş verib. "Vaz 2106" markalı maşın yolu keçən iki piyada qadını -1956-cı il təvəllüdlü Zöhrə Vahid qızı İsmayılovanı və 1968-ci il təvəllüdlü Firəngiz Əhmədova adlı digər bir qadını vurub. Müxtəlif bədən xəsarətləri alan Zöhrə İsmayılova və digər piyada sürücü tərəfindən xəstəxanaya çatdırılıb. Firəngiz Əhmədova aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı araşdırma başlanıb.