Mərhum dövlət katibi Tofiq İsmayılovun oğluna hökm oxundu

Hadisə

25.11.2025 13:26

Xüsusilə külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Mirheydər İsmayılov və onunla birgə ittiham edilən digər şəxslərin məhkəmə prosesi keçirilib.

TodayPress TV xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən Mirheydər İsmayılova 8 il, Murad Həziyevə 10 il 6 ay cəza, Emil Rəsulov, Samir İbrahimov, Zamiq Əbdürrəhmanov, Murad Həziyevə 1 il sınaq müddəti olmaqla şərti cəza verilib.

Səbinə İsmayılovaya cəza təyin edilməyib.

Təqsirləndirilən şəxslər 1 milyon manata yaxın vəsaiti dələduzluqla ələ keçirməkdə təqsirli biliniblər.

Qeyd edək ki, təqsirləndirlən şəxslər Cinayət Məcəlləsinin 178.4-cü (Dələfuzluq, xüsusilə külli-miqdarda törədildikdə) maddəsi ilə ittiham edilib.

Mirheydər İsmayılov Azərbaycanın 1-ci dövlət katibi, mərhum akademik Tofiq İsmayılovun oğludur.

TodayPress TV

tag: Tofiq İsmayılov,Mirheydər İsmayılo,Məhkəmə,Cəza,Todaypress.tv,