Məhkəmə Mutvalı Şıxlinskinin həbsini qüvvədə saxladı

Məhkəmə Mutvalı Şıxlinskinin həbsini qüvvədə saxladı
29.09.2025 20:10 Hadisə

Rusiyanın Sverdlovsk Vilayət Məhkəməsi Ural diyarındakı Azərbaycan diasporunun keçmiş rəhbəri Şahin Şıxlinskinin oğlu Mutvalı Şıxlinskinin həbsinə dair qərarı qüvvədə saxlayıb.

TodayPress TV Rusiya KİV-ə istinadən xəbər verir ki, təqsirləndirilən şəxs Yekaterinburqun Verx-İsetski rayon məhkəməsinin çıxardığı həbs qərarından apellyasiya şikayəti verib.

M.Şıxlinski bu il dekabrın 14-dək istintaq təcridxanasında qalacaq. O, polis əməkdaşına qarşı zorakılıq tətbiq etməkdə (Rusiya Cinayət Məcəlləsinin 318-ci maddəsinin 2-ci bəndi) ittiham olunur.

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər