Küləyin daş hasarı aşırması nəticəsində bir nəfər öldü

Küləyin daş hasarı aşırması nəticəsində bir nəfər öldü
05.02.2026 11:25 Hadisə

Bakıda güclü küləyin daş hasarı aşırması nəticəsində bir nəfər ölüb.

TodayPress TV xəbər verir ki, hadisə fevralın 4-də saat 15 radələrində Xətai rayonunda baş verib.

Güclü külək nəticəsində Zeytun küçəsindəki hasar Bakı şəhər sakini 1980-ci il təvəllüdlü Rüfət Qasımovun üzərinə aşıb və R. Qasımov ölüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

TodayPress TV

XƏBƏR LENTİ
22 IYUN 2026
Bütün Xəbərlər