İmişlidə polis 16 yaşlı qızın nişanının qarşısını aldı

İmişlidə polis 16 yaşlı qızın nişanının qarşısını aldı
26.10.2025 14:30 Hadisə

Oktyabrın 25-də rayonun Yalavac kəndində 22 yaşlı gənclə 16 yaşlı qızın planlaşdırılan nişan mərasimi barədə polisə məlumat daxil olub.

TodayPress TV xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupunun məlumatına görə, polis əməkdaşlarının müdaxiləsi ilə nişan mərasimi dayandırılıb.

Tərəflərin valideynləri polis şöbəsinə dəvət edilərək onlarla profilaktik söhbətlər aparılıb və qanunvericiliyin tələbləri izah olunub.

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər